"Sumqayıt"ın futbolçusu karyerasını bitirir?

14:34 - 11 Mart 2015

Futbolçu hələ də sənədini götürməyib
 
Xəbər verdiyimiz kimi, "Sumqayıt" və 21 yaşlılardan ibarət milli komandamızın üzvü Təvəkkül Məmmədov komandası ilə problem yaşamışdı və klub futbolçunun transfer vərəqəsi üçün 10 min dollar qiymət qoymuşdu.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, futbolçu hazırda Rusiyaya ailəsinin yanına yollanıb və sənədini də klubdan götürmək fikri yoxdu. Belə olan halda futbolçunun müqaviləsi bitənə qədər futbolsuz qalacaq.
 
Qeyd edək ki, Təvəkkül Məmmədovun 02.06.2014-cü ildə "Sumqayıt" FK ilə imzalanmış müqaviləsi 31.05.2016 tarixinədək qüvvədədir. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FİFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.

Xəbər xətti