"Qarabağ"ın qolkiperi yenidən yığma komandada
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina yığmasına dəvət alıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı qolkiper "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Andorra ilə oyuna çağırılıb.
Qolkiper ölkəsinin Sportssport.ba saytına açıqlamasında bunları dilə gətirib:
"Yenidən milli komandaya dəvət aldığım üçün özümü xoşbəxt hiss edirəm. Bu günü səbirsizliklə gözləyirdim, yenidən köhnə komanda yoldaşlarımla birlikdə olacağıma görə sevinirəm. Yeni baş məşqçi Bazdareviç və qapıçılarla işləyən məşqçi Luqusiçə də öz təşəkkürümü bildirirəm. Milli komandada özümü daha da təkmilləşdirəcəm. Düzdür, sabiq baş məşqçi məni dünya çempionatında iştirak etmədim. Bu, onun öz fikri idi, məncə millidə oynamağa layiq idim. Artıq gələcəyə düşünməliyəm. Həm "Qarabağ", həm də milli komandaya kömək etməliyəm".
Qeyd edək ki, Bosniya və Hersoqovina yığması martın 28-də səfərdə Andorranın qonağı olacaq. Xatırladaq ki, Şehiç daha öncə yığmanın heyətində 3 oyun keçirib.
saytlarin hazirlanmasi