"Klubda bu tarixi yazacağımıza inanıram"
"Simurq"un müdafiəçisi İdan Vaytsmanın Sportal.az-a müsahibəsi:
- Sabah ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qəbələ" ilə qarşılaşacaqsınız...
- İkinci oyuna da normal oyun kimi yanaşırıq, bu oyuna aid xüsusi bir tapşırığımız yoxdu, əgər yarımfinala yüksəlmək istəyiriksə, bu oyuna motivasiya olub və səfəli nəticə qazanmalıyıq.
- İk oyunda səfərdə 3:0 hesabı ilə qalib gəlmisiniz, artıq deyə bilərik "Simurq" yarımfinaldadır...
- Əlbəttə ki, yox. İki gün əvvəl "Şalke"nin səfərdə "Real"a çətin anlar yaşatdığını hər kəs gördü. Əgər bizdə az da olsa arxaynçılıq olsa, deməli uduzmuşuq. Ona görə də, artıq biz ilk oyunu unutmuşuq.
- Ancaq nəzərə al ki, "Simurq" ən az qol buraxan komandalardandı. "Qəbələ"nin bir oyunda sizə 4 qol vurmağı inandırıcıdı?
- Sizi əmin edə bilərəm ki, bu oyun bizdə arxaynçılıq yaratmayıb və hamı sabahkı ouna konsantrasiya olub. Bu oyunda hər kəs meydanda əlindən gələni edib, döyüşüb istədiyimiz nəticəni qazanacağımıza inanıram.
- Əgər kubokun yarımfinalına çıxsanız, klub tarixində bir ilkə imza atacaqsınız...
- Bu tarixi yazacağımıza inanıram. Bu mövsüm bizim üçün uğurlu alındı, "Bakı" üzərində 5 illik tilsimi qıraraq qələbə qazandıq, daha sonra "Neftçi"ni evdə məğlub etdik. Bu azarkeş, şəhər sakinləri bu tarixlərə layiqdirlər. Kubokun yarımfinalına yüksəlməyi də bacaracağıq.
- Həm kubokda yarımfinalda, həm də çempionatda 4-cü yer uğrunda mübarizə aparırsınız. İki cəbhədə mübarizə aparmaq sizə çətin olmur?
- Bizim bu mövsüm əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Ona görə də, ya çempionatda, ya da kubokda sərfəli nəticə ilə bitirməliyik. Artıq komandamızın avrokuboklara getməmək tilsimini qırmalıyıq.
saytlarin hazirlanmasi