İbrahim Uzuncadan "Qarabağ"la matç öncəsi maraqlı qərar

12:51 - 12 Mart 2015

"Bakı" əsas futbolçularına istirahət verir?
 
"Bakı" ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında sabah "Qarabağ"la qarşılaşacaq.
 
Sportal.az-a daxil olan məlumata görə, paytaxt klubunun baş məşqçisi İbrahim Uzunca bu oyunda maraqlı bir gedişə əl atacaq. Belə ki, baş məşqçi bu oyunda əsas heyətin bəzi futbolçularına yer verməyəcək, buna səbəb olaraq da, onun əvəzedici heyətdən gətirdiyi və çempionat oyunlarında şans vermədiyi futbolçuları yoxlamaqdı.  İcraiyyə Komitəsinin verdiyi qərara əsasən mövsümün sonunda 2 komandanın çempionatı tərk edəcək, Uzunca qarşıdakı oyunlarda "Sumqayıt"la 8 xal fərqini aradan qaldırıb sonuncu pillədən qurtulmaq istəyir. Digər əldə etdiyimiz məlumata görə, bu matçda müdafiəçi Georgios Pelagrios, hücumçu Jabanın bu matçda oynamayacağı dəqiqdi.
 
Komandanın bombardiri Nurlan Novruzov da cəza səbəbindən bu matçı buraxmalı olacaq.

Xəbər xətti