"İkinci hissədə yaxşı oynadıq"
Azərbaycan kubokun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində AZAL doğma meydanda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Gərgin keçən matçda bir sıra mübahisəli epizodlar da oldu. "Neftçi"nin futbolçusu hakimi təhqir etməsinə baxmayaraq cəzalanmaması qarşı tərəfdən narazılıqla qarşılanıb.
Sportal.az-a açıqlamasında AZAL-ın kapitanı Rəşad Abdullayev oyun haqqında bunları qeyd edib:
"1-ci hissəyə pis başlasaq da, 2-ci hissədə meydanda yaxşı mübarizə apardıq. Ancaq vacib olan qolu vura bilmədik. Lakin, qarşımızda "Neftçi" kimi komandanın olduğunu da nəzərə almaq lazımdır. Hakim idarəçiliinə gəlincə isə, həmin epizoda yaxın olmasam da Ramosun hakimi təhqir etməsi və cəzalanmaması başa düşülən deyil. Mən ötən oyunların birində nəinki hakimi, heç kimi söyməsəm də qırmızı vərəqə almağım və üstəlik 3 oyunluq cəzalanmağımı nəzərə alaraq bu hadisənin də cəzasız qalmamasını istəyirəm."
Oyunun gedişatında cərimə meydançasında yerdə qalmasına baxmayaraq hakimin fitinin susmasına da münasibət bildirən Abdullayev maraqlı fikirlər səsləndirib:
"Düzü həmin epizod barədə dəqiq nəsə demək mümkün deyil. Hər hakimin oyuna öz baxışı var. Düşünürəm ki, baş verən epizodun təkrarına baxdıqdan sonra dəqiq nəsə demək olar."
saytlarin hazirlanmasi