"Düşünürəm ki, futbolçular ümidləri doğrultmadılar"
Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “İnter” oyunu qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatdı və “İnter” adını yarımfinala yazdırdı.
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov oyun haqda fikirlərini bildirib :
“Tamaşaçıları meydançaya cəlb edən şəxslərə minnətdaram. Düşünürəm ki, futbolçular ümidləri doğrultmadılar. Gəncləşdirmə siyasəti həyata keçirildikdən bu yana ən pis oyunumuzu sərgilədik. Komandadan narazıyam”.
saytlarin hazirlanmasi