Vüqar Nadirov: "Bizim komandada ikinci heyət yoxdur" MÜSAHİBƏ

00:47 - 14 Mart 2015

"Bu barədə düşünmək üçün  vaxtım çoxdur"
 
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun Sportal.az-a müsahibəsi:
 
-  Oyunun ilk hissəsində hesabda geridə olduğumuz vaxt  toparlana bildik və hesabı bərabərləşdirdik. İkinci hissədə isə son ana kimi qələbə qazanmaq üçün mübarizə apardıq. Çox sevinirəm ki, istəyimizə nail olduq. Bu gün meydanda olan hər bir futbolçu gözəl oyun sərgilədi. Biz hər zaman komanda şəklində oynayırıq. 
 
- İlk hissədən də hiss olunurdu ki, “Bakı” asan təslim olmaq istəmir. 
-  “Bakı” gənclərdən təşkil olunmuş komandadır. Bizə qarşı yaxşı mübarizə apardılar. 
 
- Bu oyunda 3 qol vurdun. Səncə milli komandanın baş məşqçisi Robert Prosineçki  “Malta” ilə oyununda da səni əsas heyyətdə meydana çıxardacaqmı?
- Mənim üçün əsas heyətdə meydana çıxıb-çıxmamağın fərqi yoxdur. Əsas odur komandama kömək edə bilim. Sonda məqsəd uğur qazanmaqdırsa mənimdə payım olmağını istərdim.
 
- Baş məşqçiniz əsas heyət futbolçularının çoxuna istirahət vermişdi.
- Bizim komandada ikinci heyət yoxdur. Bütün futbolçular komandanın əsas parçasıdır. Ona görə kimin oynamasından aslı olmayaraq heyətimiz hər zaman əsaslardan təşkil olunur.
 
- “Qarabağ” həm çempion, həm də Azərbaycan kubokunun qalibi ola biləcəkmi?
- Bu məsələ haqqında düşünmək hələ tezdir. Çalışırıq belə  fikirlərdən uzaq olaq. Hələ qarşıda çox oyunlar var. Premyer liqanın növbəti turunda “Sumqayıt”la qarşılaşacağıq. “Sumqayıt” çox ciddi komandadır. Bu oyun da digərləri kimi  önəmlidi və həmin matça da yaxşı hazırlaşacağıq. Çünki qazanılan hər bir xal bizim üçün vacibdir.
 
- “Bakı” ilə oyunda het-trik etsən də, oyun ərzində komanda yoldaşlarının ötürmələri zamanı narazılıq etdiyin hiss olunurdu.
- Yox, heç bir problem yox idi. Ola bilər ki, bəzi epizodlarda ötürmələr zamanı top mənə çatmırdı deyə narazılıq olurdu. Amma meydanda nə oldusa, orada da qaldı. 
 
- “Qarabağ”la müqavilənin bitmək üzrədir. Komandada qalmağı düşünürsən?
- Hələ müqaviləmin başa çatmasına var. Bu barədə düşünmək üçün  vaxtım çoxdur.

Xəbər xətti