Cəmşid Məhərrəmov: "Bu xəbəri oxuyanda həqiqətən də təəccübləndim"

00:58 - 14 Mart 2015

"Əgər məndən razı deyillərsə, niyə oynadırlar məni?"
 
Mətbuatda yayılan xəbərlərə görə, millimizin sabiq üzvü Cəmşid Məhərrəmov yayda formasını geyindiyi "Adanaspor"dan ayrılacaq. Bu məsələyə son nöqtəni Məhərrəmov Sportal.az-a açıqlamasında qoyub:
 
"Bilmirəm bu xəbərləri hardan əldə edirlər. Bu xəbəri oxuyanda həqiqətən də təəccübləndim. Çünki belə bir şey yoxdu, hazırda da komanda ilə məşqlərimi davam etdirirəm. Həm klub rəhbərliyi, həm də baş məşqçimiz Güvənc Kurtar oyunumdan razıdı. Sadəcə bir müddət mənə uyğunlaşmaq üçün vaxt lazım idi, mən də artıq həm komandaya, həm də şəhərə adaptasiya olmuşam. Artıq bir neçə oyundu ki, meydanda oluram. Əgər məndən razı deyillərsə, niyə oynadırlar məni?"

Xəbər xətti