Ruslan Qurbanovun komandası heç-heçə etdi, azarkeşlərlə polislər arasında qalmaqal yaşandı

22:15 - 15 Mart 2015

"Hayduk" - "Dinamo" oyununda polislər daşa basıldı
 
Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk” (Spilit) komandasının Zaqreb “Dinamo”su ilə qarşılaşmasında qalmaqal baş verib.
 
Sportal.az xəbər verir ki, Spilitdə keçirilən qarşlaşmadan əvvəl qonaq komandanın fanatları ilə polsilər arasında toqquşma yaşanıb.
 
Oyundan öncə zaqrebli azarkeşləri yoxlamadan keçirən əsayiş keşikçiləri onlardan xeyli sayda partlayıcı maddələr aşkar ediblər. Məhz bundan sonra fanat ordusuyla polislər arasında dava-dalaş başlayıb. Zaqrebli fanatların polis avtomobillərini daşlaması əsayiş keşikçilərinin silaha əl atmağa vadar edib. Polislər qalmaqal yaradan azarkeşləri saxlayaraq məntəqəyə aparıb. 
 
Qeyd edək ki, qalmaqalla başlayan matçda“Hayduk” doğma meydanda “Dinamo”yla heç-heçə (1:1) edib.  

Xəbər xətti