Skarlatake: "Həm məşqlərdə, həm də oyunlarda çalışıram onlara kömək edim"
"Xəzər Lənkəran"ın təcrübəli müdafiəçisi Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi:
- "İnter"ə doğma meydanda məğlub oldunuz. Bu məğlubiyyətin əsas səbəbi nə idi?
- Hazırki vəziyyətə görə, rəqib bizdən daha təcrübəli və güclü komandadır. Belə təcrübəli komandalara qarşı gənc futbolçularla oynamaq çox çətindi. Ancaq fikirləşirəm ki, ilk hissə yaxşı təsir bağışladıq. Əsas problem odur ki, böyük hesab, yəni 3:0 uduzduq. Artıq bu oyunu unutmalıyıq.
- Uzun müddətdən sonra meydana çıxdın. Sənin üçün bu qərar ağır olmadı?
- Bir az çətinlik çəkdim, diqqət yetirsəniz artıq bir neçə aydır ki, oynamırdım. Fiziki cəhətdən tam hazır deyiləm, əvvəlki formamı bərpa etmək üçün gündə iki dəfə məşq edirəm. Tezliklə öz oyunumla komandama kömək edəcəm.
- Komandada bu il ilk oyununa çıxdın. Gənc futbolçularla oynamaq çətin olmadı?
- Mənim üçün heç bir çətinlik olmadı, həm məşqlərdə, həm də oyunlarda çalışıram onlara kömək edim. Onlar komandanın gələcəyidi. Nəzərə alaq ki, "İnter"ə qarşı bütün heyət gənclərdən ibarət deyildi, bir neçə təcrübəli futbolçularımız da meydanda idi.
- Bir neçə gün sonra AZAL-la qarşılaşacaqsınız...
- AZAL-ın meydançası çox ağırdı, lakin bu bizim üçün bəhanə olmalı deyil. Meydana çıxıb qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bilirik, 3 xal üçün bizi çətin oyun gözləyir, amma iki gün əvvəlki məğlubiyyəti unudub bu oyuna motivasiya olmuşuq.
- Həm kubok, həm də ilk pillələrdən əlinizi üzmüsünüz. Komandanın bu mövsüm hədəfi neçənci pillədə çempionatı bitirməkdi?
- Bizim üçün pillənin elə də bu mövsümlük fərqi yoxdu. "Xəzər Lənkəran"ın hazırda əsas məqsədi növbəti mövsüm üçün yerli gənc futbolçular tapmaqdı.
saytlarin hazirlanmasi