Kapitan məşqə qatılmayıb
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev dünən icazəli olaraq məşqə qatılmayıb.
Klubdan Sportal.az-a verilən məlumata görə, bunun səbəbi kapitanın uzun müddətdir ki, ailəsini ziyarət edə bilməməsi idi. Sıx qrafik və millinin toplanışlarına görə, futbolçu təxminən 3 aya yaxındır ki, doğma şəhəri Qusardan uzaq qalıb. Klub rəhbərliyi futbolçuya ailəsini ziyarət etmək üçün 1 günlük icazə verib. Əmirquliyev bu gün axşam və ya sabaj səhər saatlarında paytaxtda komandaya qoşulacaq.
saytlarin hazirlanmasi