"Həmin oyunda qələbə olmasa, nədənsə danışmağa dəyməz"
17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayevin futbolxeber.az-a müsahibə verib.
Sportal.az müsahibəni təqdim edir:
- Millimiz Avropa çempionatının elit-raundun ilk turunda Xorvatiyaya 0:4 hesabı ilə uduzdu. Qarşılaşma barədə nə deyə bilərsiz?
- Təbii ki, hesab bizi qane etmədi. Bu, yoldaşlıq oyunu deyil ki, nəyəsə ümid edək. Bizə mütləq 3 xal lazım idi. Lakin əfsuslar olsun ki, böyühesakla uduzduq. İki fərqli hissə izlədik. Birinci hissədə komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. İkinci yarıda ikinci və üçüncü qollarda ani diqqətsizlik oldu. Bu, oyunun qırılma nöqtəsi oldu. Xorvatiya millisi əvvəlki 15 oyundan 14-də qalib gəlib, 1-də də heç-heçə etmişdi. Futbolçularım meydanda bütün güclərini qoydular. Komandamdan yalnız hesaba görə narazıyam. Turnir hələ qurtarmayıb. Qarşıdakı hələ 2 oyun var.
- Razısız ki, Xorvatiya ilə oyunun taleyini ustalıq səviyəsi həll etdi?
- Ikinci qol hər şey göstərir. Elə qolu ancaq ustalıqla vurmaq mümkündür. Orada hər şey dəqiqliyi ilə reallaşdır. Hesab 0:1 olarkən bizim də qol vurmaq şansımız oldu. Lakin Qara Qarayev şansından yararlanmadı. Biz xorvatlardan daha istəkli idik. Amma istək qələbə üçün kifayət etmədi.
- Murad Popov, Anton Krivotçuk və Murtuzəli Abakarov. Bu 3 futbolçunun çıxışından razı qaldız?
- İkinci qolda səhv oldu. Amma günahı Krivotçukun üstünə atmaq düzgün olmaz. Səhv o idi ki, cinahdan top ötürüldü. Asma edildikdən sonra isə üstünlük avtomatik olaraq hücum edən tərəfdə olur. Futbolçularımın hər birindən razıyam. Düzdür, çatışmazlıqlar da var. Çox qaçdıq, amma effekt az oldu. Həm də əsas problem o idi ki, aparıcı futbolçularımız özünü yaxşı tərəfdən göstərə bilmədik.
- Rəqib ikinci 45 dəqiqədə 3 qolu başla vurdu. Siz rəqibi düzgün təhlil etməmişdiz, yoxsa futbolçular tapşırığınızı yerinə yetirə bilmədilər?
- Biz bütün oyunları təhlil etmişdik. Hər oyunçunun xüsusi ustalıq səviyyəsi var. Son ötürmə və son zərbədə xorvatlar üstün idi. Biz də nə lazım idisə tapşırmışdıq. Sadəcə futbolçular bunun öhdəsindən gələ bilmədilər.
- Xüsusi olaraq komandaya hansı tapşırığı vermişdiz?
- İlk növbədə diqqətli olmaq lazım idi. Bu futbolçuların 17 yaşları var.
Onlar üçün birinci pillədə diqqətdi, sonra digər amillər.
- Bəlkə futbolçularımız Xorvatiya ilə oyuna psixoloji cəhətdən hazır deyildilər?
- Yox, hər şey qaydasındadı. Xorvatiya ilə daha əvvəl də qarşılaşmışdıq. Bizim komandanın əsas üstünlüyü xarakter nümayiş etdirməsdir. Birinci növbədə meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq.
- Komandamızın hələ də qrupdan çıxacağına ümidiniz qalıb?
- Ümid sonda ölür. Qarşıda 2 oyun var. Növbəti görüşdən çox şey aslıdı. Portuqaliya ilə oyun həlledici olacaq. Həmin oyunda qələbə olmasa, nədənsə danışmağa dəyməz. Bu, asan iş deyil. Amma reallaşdırmaq lazımdı.
- Xorvatiya ilə oyunu millimiz boş tribunalar önündə keçirdi. Belə olacağını gözləyirdiniz?
- Fikrim oyunda idi. Məni boş tribunalar yox, komandam maraqlandırır. Komandanı dəstəkləyən hər kəsə minnətdaram. Bu futboldu. İnşallah, növbəti oyunlarda azarkeşlərimizi sevindirməyə çalışacağıq. İndiki məqamda ilk növbədə futbolçuları psixoloji cəhətdən qarşıdakı oyuna hazırlamalıyıq. Təzyiq göstərsək, bu, əks effekt verər.
saytlarin hazirlanmasi