"Bu gün 0-3 hesabı ilə məğlub olmaya da bilərdik"
Premyer Liqanın XXVI turunda “Bakı” doğma meydançasında “Simurq”a 0-3 hesabı ilə məğlub oldu
Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:
“Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı. Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş-başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər. Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0-3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.
saytlarin hazirlanmasi