"Elbrus Məmmədova təşəkkür edirəm ki..."
Premyer Liqanın XXVI turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun başçılıq etdiyi komanda “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlubiyyətə uğratdı.
Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
“Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq. Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”.
saytlarin hazirlanmasi