Elbrus Məmmədov: "Bəzi gənc oyunçular elə hesab edirlər ki, əsas heyət üzvləridir"

18:49 - 18 Mart 2015

"Vəziyyət belə deyil"

 

Premyer Liqanın XXVI turu AZAL üçün uğurlu alındı. Tərlan Əhmədovun başçılıq etdiyi komanda “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlubiyyətə uğratdı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov bunları qeyd edib:

 

“AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”.  

Xəbər xətti