"Şansı gətirən komanda qalib gəldi"
Premyer Liqanın XXVI turuna “İnter Arena”da yekun vuruldu. Sonuncu oyunda “Qəbələ” səfərdə “İnter”i 2-1 hesabı ilə üstələdi.
Sportal.az hər iki komandanın baş məşqçi fikirlərini təqdim edir:
Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Qələbə münasibəti ilə “Qəbələ”ni təbrik edirəm. Düşünürəm ki, çox maraqlı, dinamik bir oyun alındı. Şansı gətirən komanda qalib gəldi”.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Çox yaxşı gün oldu. Çox razıyam. Biz bu gün öz istədiyimiz futbola yaxın oyun sərgilədik”.
saytlarin hazirlanmasi