"Bu gün qələbəyə layiq olan biz idik"
"Maraqlı oyun oldu, rəqibi çox yaxşı təhlil etmişdik, bilirdik ki, "İnter"də müdafiə xəttinə xüsusi diqqət verilir, ona görə pressinq edib müdafiəçiləri topla oynamağa qoymurduq. İlk qolu biz vursaq da, gözlənilmədən qapımızda qol buraxdıq. Son dəqiqələrdə komandama 3 xalı qazandıran qolu vurduğum üçün xoşbəxtəm. Bu gün qələbəyə layiq olan biz idik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Ruslan Abışov "İnter"lə matçdan sonra bildirib. Abışov komandasının kubokda mübarizəni dayandırmasına belə münasibət bildirib:
"Simurq"la oyuna tam hazır deyildik, bu oyunda "Simurq" yarımfinala yüksəlməyi haqq etmirdi. İlk oyunda onların bəxti gətirdi, 3:0 hesabı ilə qalib gəldi. Onlara gələcəkdə oyunlarda uğurlar arzulayıram. Biz artıq bütün fikrimizi çempionata vermişik. Artıq xal itkisinə yol verməyib rəqiblərin xal itirməsini gözləməliyik. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı".
Ruslan millimizin martın 28-i Malta millisi ilə qarşılaşma haqda da fikirlərini bildirib:
"Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var, hələlik qrupda nəinki qələbəmiz. heç xalımız yoxdu. Gözəl bir oyun nümayiş etdirib azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirik. Prosineçki də bizə deyib ki, əsas olan gözəl futbol sərgiləməkdi".
saytlarin hazirlanmasi