Matçdan sonra ara qarışdı
Az öncə başa çatan futzal üzrə Avropa Çempionatının seçmə mərhələsində millimiz "Sərhədçi" idman kompleksində Belçikanı 3:1 hesabı ilə məğlub edib.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, oyundan sonra komandamıza dəstək üçün arenaya gələn "Sector 11" və "Forza Neftçi" azarkeş qrupları meydana daxil olmaq istəyib. Polislər buna icazə verməsə də, azarkeşlər dəmir maneələrin üzərinə çıxaraq meydana axışmağa başlayıb və dəmir maneələr bu ağırlığa tab gətirməyərək sınıb. Bu qalmaqal zamanı kompleksdə çalışan bir işçinin halı pisləşdiyi üçün dərhal xəstəxanaya qaldırılıb.
saytlarin hazirlanmasi