"Oyunum yaxşı alınsa da..."
Azərbaycan Premyer Liqasının 26-cı turunda "İnter" - "Qəbələ" matçında qonaqlar 2:1 hesabı ilə qalib gəlib.
Oyundan sonra Sportal.az-a açıqlama verən "Qəbələ"nin braziliyalı futbolçusu Rikardinyo maraqlı fikirlər səsləndirib:
"Yaxşı oyun alındı. Komanda şəklində düzgün mübarizə apardıq və rəqibə bərabərlik qolunu vurmağa imkan vermədik. Oyunum yaxşı alınsa da, komandanın heyətində ən yaxşılardan biri olduğumu demək olmaz. Çünki rəqibin qol vurduğu epizodda bir az tez çəkilsəydim, oyundan kənar vəziyyət ola bilərdi.
İlk dəfə idi ki, sona qədər oynayırdım. Buna görə də komanda yoldaşım Cavid Hüseynova dəqiqə ötürmələr verə bilmirdim. Cavid hüseynovla bir-birimizi başa düşmürük. Bunların üzərində çox işləməliyəm ki, oyunum daha yaxşı alınsın"
saytlarin hazirlanmasi