"Ermənistanla oyunda "Qarabağ" üçün əlimdən gələnin ən yaxşısını edəcəm"

11:10 - 20 Mart 2015

Ansi Aqolli: "Xarakter göstərdik"
 
"Çətin oyun oldu, "Sumqayıt" gənc futbolçulardan ibarət olsa da, sona qədər mübarizə apardılar. İlk 20 dəqiqədə istədiyimiz oyunu sərgiləmədik, bunun da səbəbi oyuna köklənə bilməmişdik. Sonra öz oyunumuzu tapdıq. İlk qolu buraxdıqdan sonra xarakakter göstərdik və iki qol vuraraq qələbə qazandıq. Hazırda çempionatda fasilə yaranır, düzdü, mən milli komandamın düşərgəsinə yollanacam. Ancaq bu istirahət həm mənim, həm də komandam üçün yaxşı olacaq. Bir qədər istirahət edəcəyik. "İnter"lə oyuna yaxşı hazırlaşıb xal fərqini daha da artırmaq istəyirik".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bildirib. Bir müddət əvvəl Türkiyə mətbuatına "Dağlıq Qarabağ Azərbaycanındı" deyən alban futbolçu bir neçə gün sonra Albaniya millisinin Ermənistanla qarşılaşılşacağı matça  belə münasibət bildirib:
 
"İlk olaraq onu qeyd edim ki, bu oyun bizim üçün çox vacibdi, bu oyunda qələbə qazanaraq play-off-a yüksəlmək şanslarımızı daha da yaxşılaşdırmalıyıq. Albaniyada oynadığımız üçün inanmıram, rəqibin azarkeşlərinin təzyiqi ilə qarşılaşım. Qaldı ki, bu oyunun mənim üçün önəminə, Qarabağ həqiqətlərini bilirəm, klubumda da bu barədə geniş məlumat toplamışam. Bu oyunda "Qarabağ" üçün əlimdən gələnun ən yaxşısını edəcəm, inşallah Ermənistanı məğlub edəcəyik". 

Xəbər xətti