Həbs olunan "Xəzər Lənkəran" azarkeşlərindən biri azadlığa çıxdı

12:00 - 20 Mart 2015

Abdullayev Elçin əfv olundu
 
 Həbsdə olan "Xəzər Lənkəran" azarkeşlərindən biri azadlığa çıxıb.
 
Sportal.az xəbər verir ki,  Azərbaycan prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncama əsasən Abdullayev Elçin Eldar oğlu əfv olunub. Xatırladaq ki, 1962-ci il təvəllüdlü “Xəzər Lənkəran” azarkeşi olan Abdullayev Elçin Lənkəran rayon məhkəməsinin 2014-cü il 12 fevral tarixli hökmü ilə məhkum edilmişdi. O və hazırda hələ də həbsdə qalan digər üç azarkeş 2013-cü ilin avqust ayında Lənkəran stadionunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən hadisələrə görə xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilmişdilər. (12cioyuncu.info)

Xəbər xətti