Bir qola sözardı
Bu mövsüm başının üstündən qara buludlar əskik olmayan “Qəbələ”də nəhayət üzlər gülməyə başlayıb. Emosiyaların ən çılğın görüntüsünü bu foto özündə əks etdirir.
“İnter”lə oyunda uzatma dəqiqələri gedir, hesab bərabərdir. “Qəbələ” cərimə zərbəsi vurmaq hüququ qazanıb. Top cərimə meydançasına göndərilir və Ruslan Abışov qələbə qolunu vurur. Kapitan emosiyalarını gizlətmir, elə baş məşqçi Roman Qriqorçukun da sevinci yerə-göyə sığmır...
Millimizin üzvü Ruslan Abışovun son illərdəki karyerası enişli alındı. Uğursuz “Rubin” karyerası onu çox geri saldı. O qədər geri saldı ki, “Qəbələ”də də özünə gəlməkdə çətinlik çəkir. Ancaq son oyunlar Abışov əsl xarakter nümayiş etdirir. Müdafiədəki oyunuyla yanaşı, çempionatın son 4 turunda artıq 2-ci qolunu vurub. Əvvəlcə “Xəzər Lənkəran”a, indi də “İnter”ə!
“Qəbələ” kubokda mübarizəni dayandırmalı olsa da, Roman Qriqorçukun komandası çempionatda yüksəliş dönəmini yaşayır. Ardıcıl qələbələr futbolçulara özünəinam hissini qaytarıb. Nəticə bir kənara qalsın, “Qəbələ” “İnter”lə matçda oyun planında da inamlı görünürdü. Son turlar ərzində “İnter”lə yanaşı, çempionluğa əsas namizəd “Qarabağ”ı da məğlub eləyən “Qəbələ” Avroliqaya vəsiqə qazanmaq üçün əhəmiyyətli xallar əldə etmiş oldu.
saytlarin hazirlanmasi