"Qarabağ"ın həkimindən futbolçulara: "Qəlyan siqaretdən də zərərlidir"

14:05 - 21 Mart 2015

Vərəm xəstəliyinin əsas səbəblərindən biri

 

Son zamanlar ölkəmizdə qəlyan çəkənlərin sayı xeyli artıb. Hətta elələri də var ki, siqaret çəkməsə də, qəlyandan uzaq qala bimir.

 

Bu pis vərdişlərə alışqan olanlar arasında futbolçular da çoxdur. Xüsüsən qəlyan çəkənlərin sayı kifayət qədərdir. Və onların çoxlarına elə gəlir ki, qəlyan siqaretdən zərərsizdir.

 

Həqiqətənmi belədir? Bu sualla “Qarabağ”ın həkimi  Vüqar Qarayevə müraciət etdik. Sportal.az saytına açıqlama verən Vüqar həkim birmənalı şəkildə qəlyanın zərərli olduğunu dedi:

 

“Həm siqaretin, həm də qəlyanın insan orqanizmi üçün böyük ziyanları var. Amma qəlyan siqaretdən də zərərlidir. Qəlyan çəkərkən infeksiya birbaşa ağ ciyərə daxil olur. Son zamanlar geniş yayılan vərəm xəstəliyinin əsas səbəblərindən biri elə qəlyan çəkməkdir. Bir sözlə, qəlyan çəkmək məsləhət deyil”.

 

Bax belə. Futbolçular bunu ciddi-ciddi düşünməlidirlər. Karyera onsuz da uzun deyil. Pis vərdişlər isə onu bir qədər də azaldır!

Xəbər xətti