Millimizin baş məşqçisi: "Onlar bizdən güclü idi"

23:40 - 21 Mart 2015

"Dirəklər də rəqibi xilas etdi"
 
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres AÇ-nin əsas seçmə mərhələsi çərçivəsində Ukraynaya məğlubiyyəti şərh edib.
 
Sportal.az xəbər verir ki, o, 3:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
 
"Ağır oyun oldu, birinci hissə istəkli idik,yaxşıdıq. Rəqibin qapıçısı gözəl oyun nümayiş etdirdik. İlk hissə disiplinsiz oyun alındı, qayda pozuntuları çox oldu. Dirəklər də rəqibi xilas etdi. İlk qolu vurduqdan sonra topa nəzarət etməyə məcbur idik, ona görə 5 nəfərlə oynadıq. 4 nəfərlə oynayanda onlar bizdən güclü idi. Təəssüf ki, top dirəyə dəydikdən sonra  qapıya yox, çölə çıxdı. İki qol vurmaq üçün bu dəyişikliyə əl atmalıydım. Geridə qalan 3 oyunda təhlil aparsaq, görərik ki,  biz bir təcrübəsiz idik. Bir az vaxt lazımdı. Milli komandanın bünövrəsi indi qurulur,ona görə, hələlik bir az çətinliyimiz olacaq".
 
Baş məşqçi sentyabrda keçiriləcək pley-off haqda bunları bildirib:

"İndidən pley-off-da yeniliklər edəcəyimizi demək olmaz. Mövsümün sonunda  federasiya prezidenti ilə görüşüb məsləhətləşəcəyik. Həm də püşkdən çox şey asılıdı".

Xəbər xətti