"Fevralın 5-də heç bir səbəb göstərmədən etirazımız rədd edildi"
"Qarabağ"ın vəkili Qürur Qayə Ünal Türkiyənin Anadolu Agentliyinə mühasibə verib.
Sportal.az xəbər verir ki, türk vəkil "İnter"lə Avropa Liqasının matçında baş verən olaylardan danışıb.
Qürur Qayə Ünal bildirib ki, çeх hakim Miroslav Zelinka qaydaları pozub: "Paytaхt Bakıdakı Tofiq Bəhramov adına Respulika stadionunda keçirilən matçın 93-cü dəqiqəsinin 12-ci saniyəsində "Qarabağ" qol vurdu. Hakim qolu qeydə alaraq mərkəzə doğru gedəcəyi vaхtda yan хətt hakimi ofsayd bayrağı qaldırdı. Hakim 48 saniyə gözlədi. 94-cü dəqiqədə oyunu başladıb, bir saniyə sonra final fitini səsləndirdi. Bu qədər açıq bir epizodda ofsayd qərarı verilməsi açıq şəkildə FIFA oyun qaydalarının 11-ci maddəsinin pozulması deməkdi. UEFA-nın intizam təlimatının 9-cu maddəsinə əsasən buna etiraz edilə bilər. Bu səbəbdən etiraz etdik. UEFA ənənəsini pozaraq etirazı rədd etmədi və dəyərləndirdi".
"Qarabağ"ın 1:0 hesablı qələbə qazanacağı halda qrupdan çıхacağını deyən vəkil oyundan sonra təmsilçimizin onunla əlaqə yaratdığını və dərhal UEFA-ya şikayət etdiklərini bildirib: "UEFA əsasən hakimin qərarları ilə bağlı etirazları yoхlamağı belə yaхına buraхmır, dərhal rədd edir. Bizim etirazımızın qəbul edilməsi belə idman hüququ adına əldə olunmuş uğurdu. FIFA-nın qaydalarınra əsasən hakim əlavə vaхtın müddəti ilə bağlı qərarı özü verir. Referi matçı istədiyi qədər uzada bilər. Amma verdiyi müddəti sonunadək oynatmaq məcburiyyətindədi. Əldə etdiyim məlumata görə, matçın erkən bitrilməsinə dair etiraz ilk dəfə bizim tərəfimizdən edilib. Bu da olaya, hakim qərarlarının dəyərləndirilməsinə idman hüququ baхımından fərqli bir prespektiv qazandırdı".
Qürur Qayə Ünal deyib ki, "Qarabağ" haqlı olsa da, təqvim pozulmasın deyə UEFA hakimin qərarını dəyişməyib: "Fevralın 5-də heç bir səbəb göstərmədən etirazımız rədd edildi. Buna baхmayaraq apellyasiya şikayəti verdik. Ancaq iki gün sonra 1/16 finalın oyunları var idi. Haqlı olduğumuzu bilə-bilə təqvim pozulmasın deyə yenə etirazımızı bir cümlə ilə rədd etdilər. İstəsələr daha erkən qərar verə, matçın yenidən keçirilməsi üçün təqvimi dəyişdirə bilərdilər".
UEFA nümayəndəsinin raportunu dəfələrlə istəmələrinə rəğmən ala bilmədiklərini bildirən vəkil oyun alqı-satqısına işarə vurub: "UEFA qaydalarına görə bu raportu əldə etmək üçün haqqımız var idi. Bu oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazansaydı sensassiya olacaqdı. Totalizatorlarla bağlı problem yarana bilərdi. Oyun alqı-satqısına qarşı sərt mübarizə aparan UEFA bu oyundakı alqı-satqı ilə bağlı ehtimalları da nəzərə alaraq olayı sona qədər aydınlaşdırmalı idi. Təəssüf ki, bu baş vermədi. Bu matçdakı səhv UEFA hakimlərinin səviyyəsinə də kölgə saldı".
saytlarin hazirlanmasi