AFFA "Neftçala"ya yeni sponsor tapdı

13:16 - 24 Mart 2015

Komandaya "Xalq Bank" sponsorluq edir
 
AFFA-nın, daha da konkretləşdirsək SOCAR-ın maliyələşdirdiyi komandalardan biri də "Neftçala"dır. I Divizionun lideri olan bu komanda Premyer Liqaya çıxmağa bir nömrəli namizəddi. Ancaq bir məsələ var ki, SOCAR-dan maliyələşən klublara hələ ki, elitada oynamaq imkanı verilmir. Bunu "Qaradağ Lökbatan"ın və "Ağsu"nun timsalında görmüşük. Onsuz da Premyer Liqada "Neftçi" və "Sumqayıt" kimi iki klubu saxlayan neft şirkəti üçüncü komandanı da elitaya buraxmaqla özünə əlavə yük artırmaq istəmir.
 
Lakin Rekord.az-a daxil olan məlumata görə, "Neftçala" SOCAR-ın kurasiyasından çıxmaq üzrədir.
 
Sportal.az xəbər verir ki, AFFA rəhbərliyi bu komandaya yeni sponsor tapıb. Söhbət Xalq Bankdan gedir. Ölkənin böyük banklarından olan Xalq Bank "Neftçala"ya sponsorluq etməyə etiraz etmir. Əgər bank rəhbərliyi elitada komanda saxlamağada etiraz etməsələr, o zaman Neftçala təmsilçisi gələn mövsümdən Premyer Liqada çıxış edəcək. Hazırda məhz bu məsələ üzərində iş gedir.
 
Qeyd edək ki, "Neftçala"nın Neftçalada keçirdiyi ev oyunlarında da Xalq Bankın reklam banerlərinə rast gəlmək olar.

Xəbər xətti