"Onlarda istək, əzmkarlıq yox idi"
"Xəzər Tv"də yayımlanan "Futbol Saatı" verilişinin növbəti buraxılışı efirə gedib.
Sportal.az xəbər verir ki, verilişə dəvət olunan ekspertlər "Xəzər Lənkəran"ın gənc futbolçuların onlara verilən şansdan yetərincə istifadə edə bilmədiklərini vurğulayıblar:
"Xəzər Lənkəran" futbolçuları başa düşmürlər ki, bu, onlar üçün böyük şansdır. Premyer Liqada oynamaq şansı qazanan futbolçu bütün gücünü qoyub özünü sübut etməlidir. Ancaq təəssüf ki, AZAL-la oyunda biz bunu görmədik. Gənc futbolçular çox zəif çıxış etdilər, onlarda istək, əzmkarlıq yox idi. Elə bir futbolçu yox idi ki, öz oyunu ilə diqqət çəksin. Şəxsən mən "Sumqayıt"ın meneceri olaraq açıq şəkildə deyirəm ki, "Xəzər Lənkəran"ın heyətində çıxış edən heç bir gənc futbolçunu "Sumqayıt"a götürmərəm".