"Əsas odur Azərbaycan qalib gəlsin"
Millimizin qolkiperi Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az müsahibəni təqdim edir:
- Hazırlıqlar necə gedir?
- Malta yığması zəif rəqib deyil. Amma biz onlardan geri qalmırıq. Hətta üstün tərəflərimiz də çoxdur. Amma biz əvvəlki kimi heç bir komandaya zəif rəqib gözü ilə baxmırıq. Malta da bizimlə eyni səviyyədə olan komandadı. Meydana ançaq qələbə qazanmaq üçün çıxacağıq . Öz meydanımızda oynayırıq, xalqımızı sevindirməyə çalışacağıq.
-Müsahibələrin birində bildirmişdin ki, zədəm var və ağrılar hiss edirəm .İndiki vəziyyətin necədi?
-İndi hər şey yaxşıdır. Heç bir problem yoxdur və oyuna hazıram.
-Səlahət Ağayev xəstələndiyinə görə millidən kənarda qaldı. Bunu sənin üçün əsas heyətdə oynamağına fürsət saymaq olar?
-Əsas heyətdə kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Bura millidi əvvəlcədən bilinmir ki, əsas heyətdə kim olacaq. Səlahətin xəstələnməsi yaxşı hal deyil. Amma həyatdı hər şey olur. Əvəzolunmayan futbolçu da yoxdur. Meydana kimin çıxması vacib deyil . Əsas odur Azərbaycan qalib gəlsin.
-Prosineçki demişdi ki, mənim üçün bir nömrə Səlahət Ağayevdir...
-Düz deyir də. Onun fikri odur.
-Yoxlama görüşündə Maltaya 3:0 hesabı ilə qalib gəlmişdik....
-Bu keçmişdə qalıb. Keçmişdə nə olub vacib deyil. Milli komandaya indiki vəziyyətin lazımdır.
-Azarkeşlərə qələbə sözü verə bilərsiz?
- Biz əlimizdən gələni edəcəyik qalib gələk. Söz verməsək də, ümid veririk. Biz əslində Maltanı məğlub etməliyik. Qələbə qazana bilməsək gülməli olacaq. Malta millisinə məğlubiyyət mənim üçün faciə sayılacaq. Rusiya və Şimali Irlandiya kimi ölkələrdən xal ala biliriksə, Maltanı udmağa borcluyuq.
saytlarin hazirlanmasi