Robert Prosineçki onu maestro adlandırdı, milliyə çağırmaq istədi, amma... ÖZƏL

10:45 - 26 Mart 2015

AZAL-ın futbolçusu yığmanın məşqçisinin diqqətini çəkdi

 

Bir neçə gündən sonra milli komandamız Robert Prosineçkinin rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq. Bu seçmə mərhələdə xalı olmayan millimizdən hamı evdə, Malta üzərində qələbə gözləyir.

 

Bu məsuliyyəti Robert Prosineçki də dərk eləyir. O, bura gəldiyi gündən bəri vaxtını boşa xərcləməyib. Prosineçki demək olar ki, Premyer Liqanın əksər oyunlarını izləyib, sisteminə uyğun futbolçular axtarıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, izlədiyi oyunlardan birində xorvat mütəxəssis AZAL-ın orta sahə oyunçusu Valeriy Kutsenkonun çıxışını bəyənib. Hətta Kutsenkonun bəzi hərəkətlərini o qədər bəyənib ki, onu maestro adlandırıb.

 

Gördüklərindən məmnun qalan Prosineçki köməkçilərinə Kutsenkonun da milliyə çağırılması barədə tapşırıq verib. Lakin aldığı cavab onu pərişan edib. Prosineçkiyə məlumat verilib ki, Valeriy Kutsenko ukraynalıdır. 

Xəbər xətti