Danışan şəkil: Bizə yalnız dua etmək qalır! AFFA sabahımıza olan ümidimizi necə öldürdü? FOTO

12:50 - 26 Mart 2015

İllər keçdi, xeyli pul xərcləndi, amma...

 

U-17 millimizin AÇ-nin elit-raundundakı biabırçı çıxışı sabaha olan ümidlərimizi də öldürdü. Rövnəq Abdullayev AFFA-ya rəhbər gələndə, bu uşaqların 8-9 yaşı var idi. Və o vaxtlar futbolumuzun pis gündə olmasının məsuliyyətini üzərinə götürmək istəməyən federasiya rəhbərliyi bizi əmin edirdi ki, illər sonra biz onların gördüyü işin bəhrəsini görəcəyik.

 

Biz də bütün bu illər inanmasaq da, ümid edirdik ki, gün gələcək, baş katib Elxan Məmmədovun qurduğu sistem öz bəhrəsini verəcək. İllər keçdi, xeyli pul xərcləndi, futbolumuz isə düzəlmədi, düzəldə bilmədilər.

 

U-17 millimiz Bakıda Xorvatiyaya 0:4, Portuqaliyaya 0:3, Serbiyaya 0:4 hesabıyla məğlub oldu. Bu, artıq sözün bitdiyi yerdir. Bundan sonra nəyə və kimə ümid edək?

 

Uzun illər millimizin acı məğlubiyyətlərinə üzülsək də, ümidimiz var idi ki, yeni nəsil gələcək, daha qapazaltı olmayacağıq. Ancaq sən saydığını say, gör, AFFA nə sayır…

 

Bizə şəkildəki gənc futbolçumuz kimi dua etmək qalır. Ancaq hərəkət olmayan yerdə bərəkət olmaz ki…  

 

Xəbər xətti