"Simurq"un futbolçusu: "Yəqin ki, komandada ab-hava yaxşı deyil" MÜSAHİBƏ

13:06 - 26 Mart 2015

"Nəticədən asılı olmayaraq..."

 

Hal-hazırda U-21 millinin toplanışında olan “Simurq”un futbolçusu Vüqar Mustafayev Sportal.az-ın suallarını cavablandırıb:

 

- Toplanış çərçivəsində keçirdiyiniz ilk oyunda AZAL-a məğlub oldunuz. Yəqin ki, oyundan sonra baş məşqçinin iradlarına tuş gəlmisiniz?

- Düzdü, həmin matçda məşqçinin bizdən tələb etdiyi oyunu göstərə bilmədik. Amma inanıram ki, qarşıdakı oyunlarda özümüzü yaxşı tərəfdən göstərib qələbə qazana biləcəyik. Yəni məşqçilərin bizdən istədikləri oyunu sərgiləyəcəyik.

 

- Növbəti oyun demişkən, bu gün toplanışın ikinci yoxlama matçı çərçivəsində Premyer Liqanın lideri “Qarabağ”la qarşılaşacaqsınız. Bu barədə düşüncələrin?

- Təbii ki, çətin oyun olacaq. Ən əsası az öncə də qeyd etdiyim kimi, məşqçilərin bizdən istədiyi oyunu sərgiləməyə çalışacağıq. Nəticədən asılı olmayaraq öz oyunumuz oynamağa çalışacağıq.

 

-Son vaxtlar mətbuatda “Simurq” və “İnter” in maliyyə problemi yaşayacağı qeyd olunur. Bu söhbətlərdən sonra komandada ab-hava necədi?

- Mən hal-hazırda orda olmadığım üçün son vəziyyətin necə olduğunu bilmirəm. Amma, yəqin ki, ab-hava yaxşı deyil.

 

- Maliyyə problemi yaşayacağı deyilən komandanın avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?

- Bu haqda indidən nəsə demək olmur. Çempionatın sonunda bilinəcək ki, kim avrokuboklara gedir, kim getmir. Öncəliklə, biz əlimizdən gələni etməliyik ki, uğurlu nəticələr qazanıb komandanın hansı vəziyyətdə olmasından asılı olmayaraq vəsiqəni təmin edək.

 

- Premyer Liqanın növbəti turunda sizi AZAL-la çətin matç gözləyir. Nəzərə alsaq ki, “təyyarəçilər” də 4-cü yer uğrunda mübarizə aparır və sizinlə 1 xal fərqləri var, bu oyunun gərgin keçəcəyini proqnazlışdırmaq olar...

- Bəli, bu oyunun çətin keçəcəyini biz də bilirik. Biz bu oyunda da, baş məşqçinin bizə tapşırdığı oyunu sərgiləyib qələbə qazanmaq üçün son gücümüzə qədər vuruşacağıq.

 

 

Orxan Həsənquliyev

Xəbər xətti