Topu əllə çıxartdı
Hal-hazırda davam edən "Bakı" - "İnter" qarşılaşmasında maraqlı bir hadisə baş verib.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, görüşün 67-ci dəqiqəsində "İnter"in futbolçusunun qapıya ünvanladığı zərbəni "Bakı"nın hücumçusu Nurlan Novruzov boş qapıdan əllə çıxardaraq uruqvaylı Luis Suaresin son dünya çempionatında etdiyi hərəkəti xatırladıb.
Qeyd edək ki, topu əllə çıxartdığına görə Novruzov qırmızı vərəqə ilə cəzalanıb. "Bakı"nın qapısına təyin olunmuş penaltini isə qapıçı dəf edərək komandasını xilas edib.
saytlarin hazirlanmasi