Ansi Aqolli: "Qarabağ"da mənə dedilər ki, Ermənistana məğlub olsan, geri qayıtma"

16:29 - 26 Mart 2015

"Axırıncı dəfə erməniləri udanda mənə mükafat verdilər"

 

Hazırda Albaniya millisinin düşərgəsində olan "Qarabağ"ın futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib. Təcrübəli müdafiəçi martın 29-u oynayacaqları Ermənistanla oyundan əvvəl baş tutan mətbuat konfransında yerli jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az sizi həmin fikirlərlə tanış edir:
 

"Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Onların meydanda yaxşı çıxış etməmələri üçün əlimizdən gələni edəcəyik. Rəqibin ən güclü futbolçusu Henrix Mxitaryandır.
 

Azərbaycanlılar da bilir ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün vacibdir. "Qarabağ"da mənə deyildi ki, uduzsan, geri qayıtma. Təbii ki, bu, zarafatdır. Biz axırıncı dəfə erməniləri məğlub edəndə klub mənə mükafat verdi. Düşünürəm ki, bu dəfə də qalib gələcəyik və mən yenə mükafatlandırılacam".

Xəbər xətti