Qurban Qurbanov: "Ermənistanı məğlub edəcəkləri halda həm Teli, həm də Aqolliyə mükafat verəcəm" MÜSAHİBƏ

20:50 - 26 Mart 2015

"Quintana hələ hazır deyil"
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 21 yaşlılarla ibarət milli komandamızla yoxlama oyunundan sonra Sportal.az əməkdaşının suallarını cavablandırıb:
 
- 21 yaşlılardan ibarət milli komandamızı məğlub etdiniz. Oyun haqda fikirlərinizi bildirərdiniz.
- Maraqlı oyun alındı, hazırlıq dönəmində bir yoxlama oyunu keçirmək istəyirdik. Belə komandaya qarşı oynamaq yaxşı oldu, hansı ki. tam istədiyimiz sürətli, cavan futbolçular idi. Oyundan razı qaldım. Yeni oyunçumuz Dani Quintana da uzun müddət idi, oynamırdı, hələ hazır deyil. Onun üçün oynamaq ağır idi, hazırlıqlarımız davam edir. Çalışırıq ki, futbolçuların oyun təcrübəsini qoruyub saxlayaq.
 
- Bu oyunda Tərlan Quliyev və Şəhriyar Əliyev, hansı ki, uzun müddətdir əsas heyətdə oynamırdılar. Onların oyunundan razı qaldınız?
- Normal çıxış etdilər, bu gün biraz yükləmə ilə oynadılar. Oyunda çalışırdılar ki, verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Səhvlər qaçılmazdı, səhvlərə yol verdilər, bu da onların oyun təcrübəsinin az olmasından qaynaqlanır. 
 
- Bir neçə il öncə, Albaniyanın Ermənistanla oyunda qələbə qazandığı üçün komandanın iki futbolçusu Admir Teli və Ansi Aqollini mükafatlandırmışdınız. Bu dəfə Aqolliyə bu oyunda qələbəyə görə mükafat vəd etmisiniz?
- Bu dəfə də həm Ansi Aqolli, həm də Admir Teliyə mükafat verəcəm.
 
- "Qarabağ"ın 9 futbolçusu milli komandalara dəvət alır. Bunun həm yaxşı, həm də pis tərəfləri var. Bunları analiz edərdiniz...
- Klublar borcluyuq ki, milli komandalara futbolçu verək. Amma belə sıx qrafikdə, həm də "İnter" kimi güclü komanda ilə oyun öncəsi futbolçuların olmaması problem olur. Amma əsas odur ki, milli komanda üçün futbolçu yetişdirək. 

Xəbər xətti