Dani Quintana: "Bu səbəbə görə, "Qarabağ"ı seçdim" MÜSAHİBƏ

00:12 - 27 Mart 2015

"Bu oyunda oynamaq mənim üçün olduqca önəmli idi"
 
"Qarabağ"ın yeni transferi Dani Quintananın Sportal.az-a müsahibəsi:
 
- "Qarabağ"da debüt oyununda ilk qolunu vurdun...
- Bu oyunda oynamaq mənim üçün olduqca önəmli idi, çünki uzun müddət idi, futbol oynamırdım. Həm də komanda yoldaşlarımı meydanda tanımaq baxımından vacib idi. Qol vurmağıma gəldikdə isə bu o qədər önəmli deyildi, əsas odur böyük fasilədən sonra meydanda oldum.
 
- Amma görünürdü, hələ də problemlərin var idi...
- Təbii ki, oynamadığıma görə bu cür problemlərin olması noldu. hələ adaptasiya dövrünü yaşayıram. Komanda və digər futbolçuların oyunu görmək üçün bu matçda oynamalıydım. Müəyyən bir vaxtdan sonra formamı yığmağa başlayacam. 
 
- Azərbaycan futbolu haqda nə düşünürsən?
- O biri komandalar haqda elə də məlumatım yoxdu, çempionat oyunlarının çoxunu da izləməmişəm. Amma "Qarabağ" haqda onu deyə bilərəm ki, yaxşı təşkilatlanmış komandadır. 
 
- Mövsümün sonuna qədər oynaya bilməyəcəksən. Bir futbolçu öz formasını saxlaması üçün oyun praktikasına ehtiyacı var, yalnız məşq etməklə öz formanı saxlaya biləcəksən?
- Belə bir vəziyyətin yaranması mənim üçün çətindi. Amma dünənki kimi yoxlama oyunların çox olması mənə o qədər də xeyirdi və bu fürsətlərdən istifadə etməyə çalışacam.
 
- "Qarabağ" azarkeşlərinin səndən gözləntiləri çoxdu. Onlara nəsə sözün var?
- Hər kəsə bildirmək istəyirəm ki, burda əlimdən gələni etməyə çalışacam. Əsas odur "Qarabağ"a xeyir verim. Komandamın bazasında gördüyüm şəraiti heç Ərəbistanda görməmişəm, bu mənim üçün əlavə müsbət haldı.
 
- Qurban Qurbanov haqda nə deyə bilərsən?
- Onunla futbola baxışım demək olar ki, eynidir. Bu səbəbə görə də, "Qarabağ"dayam.

Xəbər xətti