"Məhəmməd Qurbanovda Nurlan Novruzovdan daha çox potensial görürəm"
Sabah millimiz AÇ-2016 seçmə mərhələsində millimiz Maltanı qəbul edəcək.
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki oyun öncəsi mətbuat konfransı keçirib:
"5 gündür ki, komanda bir yerdədir. Hazırlıq prosesindən razı qaldım. Futbolçularımla birlikdə sabahkı oyuna hazırıq, oyun saatını gözləyirik. Məşqdəki performansı sabah göstərsək, bu oyunda yaxşı nəticə qazanacağıq. Çalışacağıq erkən qol vuraq, alınmasa da, soyuqqanlı olmalıyıq".
- "Neftçi"dən milli komandaya heç kim dəvət almadı. Buna səbəb nə idi?
- Bu sualla qabaq açıqlama verdim və bir daha təkrarlayıram ki, bu oyuna yaxşı formada olan oyunçuları çağırmışam. Fikrimcə, elə bir futbolçu yox idi, sabah Malta ilə oyunda bizə kömək etsin. Amma bu o demək deyil ki, növbəti oyunlarda da heç kim çağrılmayacaq.
- Prosineçki sabahkı oyunda hücum planını necə quracaq?
- Rauf Əliyevin zədəsi var idi, "Neftçi"yə keçdikdən sonra qol vurmayıb. Seçmə mərhələdə 4 oyunda qol vurmayıb və düşünürəm o bu oyunda komandaya kömək edə bilməyəcək. Hücumda problemimiz olmayacaq, komanda hazırdı, motivasiya yüksəkdi. Rauf Əliyev növbəti oyunlarda özünü yaxşı göstərsə, milliyə dəvət alacaq.
- Bildirmişdiniz ki, həmişə komandamda qələbə ruhu görmək istəyirəm. Milli komandamızda bunu reallaşdıra bildiniz?
- Çox razıyam, tələblərimi məşq prosesində yerinə yetirdilər. Futbolçularıma inanıram, sabah 90 dəqiqə meydanda göstərəcək.
- Bildirmişdiniz ki, klubunda 70 faiz oynamayanı milliyə çağırmayacam. Emil Balayev "Ayntraxt"da, Vaqif Cavadov öz klubunda cəmi 6 dəqiqə oynayıb. Bunlar milliyə niyə dəvət alıb?
- Mən heyətə çağırmayacam deməmişəm, start heyətdə oynamayacağını demişəm. Hələlik sabahkı oyunun start heyəti bilinmir. Balayev gənc futbolçudu, biz gələcəyi düşünüərək, onu milliyə dəvət edirik. "Neftçi"dən oyunçu çağırmadım, bu ölkədə problem yaratdı.
- Nurlan Novruzov yenə də heyətdə yoxdu.
- Bu suala 4 dəfə cavab vermişəm. O, mənim sisteminə uyğun deyil. Məhəmməd Qurbanovda Nurlan Novruzovdan daha çox potensial görürəm.
- Rəqibin baş məşqçisi bildirib ki, bura gələndə bir az həyəcan görürüəm. Komandada həyəcan varmı, varsa necə qurtulmaq olar?
- Oyun öncəsi, rəqibin kimliyindən asılı olmayaraq, həyəcanın olması yaxşı haldı. Komandada motivasiya yüksəkdi.
saytlarin hazirlanmasi