Sxadadze: "Tərəqqi milli komandada müşahidə olunmur"

18:01 - 28 Mart 2015

"Azərbaycan futbolunda ciddi dəyişikliklər oldu"

 

"İnter"in və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze UEFA-nın rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, verdiyi açıqlamada bir sıra maraqlı məqamlara toxunan Sxadadze bunları qeyd edib:

 

"Azərbaycanda çalışdığım illər ərzində bu ölkənin futbolunda ciddi dəyişikliklər oldu. Ölkəyə əcnəbi futbolçuların gəlməsi yerli oyunçuların inkişafına müsbət təsir göstərdi. Son illərdə Azərbaycanın iki klubunun Avropa Liqasının qrup mərhələsində oynaması inkişafdan xəbər verir. Lakin bu tərəqqi milli komandada müşahidə olunmur. Bununla belə, Azərbaycan yığmasına böyük ümidlərlə yeni baş məşqçi gətirilir.

 

"İnter"dəki fəaliyyətimə gəlincə bu klubda mənə tam azadlıq verildi. Sərbəst çalışmaq imkanı yaradıldığı üçün klubun sahibi Cahangir Hacıyevə təşəkkür edirəm. O, hər zaman mənə güvəndi. "İnter"də işləmək mənə çox rahatdır. Bəzi səhvlərə yol verməyimə baxmayaraq "İnter"dəki karyeramın uğurlu alındığını deyə bilərəm. İndi isə yeni macəraya ehtiyacım var".

Xəbər xətti