"Bu oyunda üzərimizdə psixoloji təzyiq var idi"
Bu gün millimiz AÇ-2016 seçmə mərhələsində doğma meydanda Malta yığmasını 2:0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Bu, bizim Azərbaycan xalqına hədiyəmiz idi. İstədiyim futbolu göstərə bilməsək də, 90 dəqiqə mübarizə apardıq. 2:0 hesabı da oyuna gördü" Bu oyunda klublarında daim oynayan futbolçulara şans verdim. Sadəcə Nazarovu 25 dəqiqə, Eddi İsrafilova isə 20 dəqiqə şans verdim".
- Hesab 1:0-da sonra hücum xətti gözlənilən oyun oynamadı. Digər hücumçu Məhəmməd Qurbanovu niyə meydana buraxmadınız?
- Dünən də bildirdim ki, çətin oyun olacaq. Müdafiəyə meyilli oyun göstərirdi rəqib. Baş məşqçi mənəm, heyəti mən qururam. Namiq Əlsəgərov erkən zədə aldı, oyuna çox yaxşı başladı. Hücum xəttindən razı qaldım.
- İkinci hissədə yığma sanki 10-15 dəqiqəlik oyundan qopmuşdu. Buna səbəb nə idi?
- Bu oyunda psixoloji təzyiq var idi üzərimizdə. İkinci hissədə düzdür, 15-20 dəqiqə müdafiə olunduq, buna da səbəb qələbə qazanmaq istəyi idi. Həm də bu gün millinin heyətində ilk dəfə oynayan 3 futbolçu var idi. Onu deyə bilərəm ki, erkən qolu vurduq, bu da bizim xeyirimizə idi. Malta futbol ölkəsi olmasa da, belə rəqiblərə qarşı oynamaq çətindi. Komandadan razı qaldım, əllərindən gələni etdi.
- Bu gün millimizdə ən zəif çıxış edənlər Arif Daşdəmirov və Əfran İsmayılov idi. Bu fikirlə razısınız?
- Arif və Əfran bu gün yaxşı mübarizə apardı, düzdü top itkilərinə yol verdi. Əfranın potensialı böyükdür, gələcəkdə ondan daha da yaxşı oyun göstərəcək. Cavid bu gün gözəl oyun göstərdi, inanmıram, onun millidə belə gözəl oyununu görmüsünüz.
- Rahid Əmirquliyevi oyunlarda dağıdıcı funksiyasını yerinə yetirən görmüşük. Bu oyunda isə tam fərqli funkisya verilmişdi...
- Son 4 ayda Rahidin oyunlarını çox izləmişəm. O elə oyunçudur ki, stabil oyunçudu, həmişə yaxşı oynayır. Onun üçün mövqeyin elə də fərqi yoxdu, əlindən gələni meydanda edir. Bu gündə razı qaldım.
- Milli komanda ilk hissədə gözəl oyun göstərsə də, ikinci hissə oynamadı. Sizi təəssüfləndirmədi ki, Malta ikinci hissə daha yaxşı oynadı?
- Xorvatiya - Malta oyununu canlı izləmişdim və bilirdim bizim üçün çətin olacaq. Nəzərə alın ki, ilk oyunum idi və komanda yeni sistemlə oynadı. Malta ikinci hissədə 15-20 dəqiqə bizdən güclü idi.
- Namiq Ələsgərovun zədəsi nə dərəcədə ciddidi?
- Həkimlər onun əvəzlənməsi lazım olduğunu deyəndə pis oldum Zədəsinin son durumu sabah bilinəcək.
saytlarin hazirlanmasi