Millimizin gənc futbolçusu: "Açığı, meydana çıxacağımı gözləmirdim"

07:38 - 29 Mart 2015

"Onlar Bakıdan da xal aparmaq istəyirdilər"
 
“Malta millisi üzərində qələbə bizim üçün vacib idi. Seçmə mərhələdə nəinki qələbə heç xal qazana bilməmişdik. Bu oyunda qalib gələcəyimiz halda qrupda əsas rəqiblərimizdən birini Malta yığmasını qabaqlayacaqdıq. Ona görə də oyuna yaxşı hazırlaşıb yalnız qələbəyə köklənmişdik. Hesabda erkən önə çıxmağımız yaxşı oldu. Açığı, meydana çıxacağımı gözləmirdim. Çünki baş məşqçi də demişdi ki, kim klubunda oynamırsa, ona şans verməyəcəyəm. Hələ “Hayduk”da özümü göstərə bilməmişəm. Ona görə də əsas heyətdə yer almıram. Ancaq son oyunda15 dəqiqə meydanda oldum İnanıram ki, qısa müddət ərzində baş məşqçinin etmadını doğruldacam və əsas heyətdə yerimi tutacağam". 
 
Bu sözləri Malta ilə oyundan sonra millimizdə debüt edən gənc futbolçu Ruslan Qurbanov Sportal.az-a açıqlamasında bildirib. Qurbanov azarkeşlərə də səslənməyi unutmayıb: 
 
"Namiq Ələsgərov zədə alandan sonra baş məşqçi hazırlaşmağımı istədi. Artıq necə oynadığımı mən deyil, baş məşqçi deyə bilər. Debüt oyunum olduğu üçün ola bilsin hardasa həyacan hiss olunurdu  Sevinirəm ki, ilk oyunumda komanda qələbə qazandı. İkinci hissədə bir qədər ehtiyatlı oynamağımız da hesabı qorumaq üçün idi. Baş məşqçi topu saxlamağı tapşırmışdı. Maltaya zəif rəqib kimi baxmaq lazım deyil. Bu həmin komandadır ki, Bolqarıstan yığması ilə səfərdə heç-heçə edib. Onlar Bakıdan da xal aparmaq istəyirdilər. Qələbə qazanmaqla azarkeşləri də sevindirdik. Onlar da komandadan incik düşmüşdülər. Yəqin ki, artıq azarkeşlər də bu qələbədən sonra qarşıdakı oyunlarda milli komandaya daha yaxşı dəstək verəcəklər. Gərək növbəti oyunlarda da uğurlu nəticələr əldə etməliyik ki, yenidən azarkeşləri stadiona qaytaraq”.

Xəbər xətti