"Hətta deyərdim ki, artıq bu qələbədən sonra futbolçularda özünəinam daha da artacaq"
Milli komandamız AÇ-2016 seçmə mərhələsi çərçivəsində Maltanı 2:0 hesabı ilə məğlub etdi.
Maltanın müdafiəçisi Steve Bezzina bu oyun haqda fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
“Azərbaycan yığması erkən qol vurdu. Ondan sonra istənilən oyunu sərgiləyə bilmədik. Birinci hissədə bir epizodda hesabı bərabərləşdirə bilərdik. Həmin epizoda da qapıçınız yaxşı oynadı və komandanızı xilas etdi. İkinci hissədə topa daha çox biz nəzarət edirdik. Sadəcə rəqib müdafiə olunmaqla hesabı qorumaq istəyirdi. Hətta epizodların birində top dirəkdən dönərək qapıdan keçmədi. Azərbaycan millisi yaxşı müdafiə olunaraq əks hücumda ikinci qolu da vurdu.
Gürcüstan millisi ilə yoxlama oyunundan sonra yorğunluq hiss olunurdu. Hardasa istənilən kimi komandamız hücumlara sürətli çıxa bilmirdik. Ancaq bu da məğlub olmağımıza əsas səbəb deyil. Sadəcə, rəqib lazımı fürsətlərdən yararlandı və nəticədə qələbə qazandı. Azərbaycan millisində baş məşqçi dəyişikliyi də komandaya müsbət təsir edib. Hər halda yeni baş məşqçini gəlişindən sonra komandada bir canlanma yaranıb. Görünür, futbolçular da özlərini təsdiq etməyə şalışırlar. Digər tərfdən də komandanız seçmə mərhələdə xal qazana bilməmişdi. Ola bilsin ki, bu amillər komandanızın qəlbə qazanmasında böyük rol oynadı. Hətta deyərdim ki, artıq bu qələbədən sonra futbolçularda özünəinam daha da artacaq. Ona görə də Azərbaycan millisiylə evdə oyunumuzun bizim üçün asan olmayacağını indidən təxmin edirəm”.
saytlarin hazirlanmasi