Biri düşünür, digəri icra edir
“Qarabağ” Azərbaycanda tək-tük klublardandır ki, idarəçilik mexanizminə görə İngiltərə variantına üstünlük verir.
Bildiyiniz kimi, İngiltərədə məşqçilər menecer hesab olunurlar. Yəni, onların işi yalnız komandanı çalışdırmaqla məhdudlaşmır, menecerlər klubdakı bir çox sahələrə nəzarət etməklə də məşğul olurlar.
Qurban Qurbanovun da “Qarabağ”da menecer funksiyasını daşıdığını desək, yəqin ki, yanılmarıq. Onun klubdakı işlər üzrə əsas yardımçısı isə baş menecer Asif Əsgərovdur.
Təqdim etdiyimiz özəl fotoya baxsaz, artıq şərhə ehtiyac yoxdur. Biri düşünür, digəri icra edir. Qurban Qurbanov kimi strateqin yanında Asif Əsgərov kimi bacarıqlı adama da ehtiyac var.
saytlarin hazirlanmasi