"Onlara bir övlad kimi öz etirazımı bildirdim"
Premyer Liqanın 27-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Bakı"nın baş məşqçisi İbrahim Uzunca öz fikirlərini Sportal.az-la bölüşüb:
"Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirdik. Məğlub olsaq da yaxşı mübarizə apardıq. Bu da məni sevindirir. Qarşıda bizi "Neftçi" ilə çətin oyun gözləyir. Nurlan Novruzov və Mahir Mədətov bu oyunda oynaya bilməsə də, əlimizdə olan oyunçularla meydanda sona qədər mübarizə aparacağıq. "İnter"lə yoxlama oyununda bəzi futbolçulardan narazı qaldım və onlara oyun zamanı əsəbiləşdim. Lakin onlara bir övlad kimi öz etirazımı bildirdim".
Uzunca son turlarda "Bakı"ya qarşı olan hakim səhvlərindən də söz açdı:
"Bu barədə çox danışmaq istəmirəm. Sadəcə onlardan xahişim odur ki, oyunu ədalətli idarə etsinlər. Elə epizodlar olub ki, əleyhimizə də olsa haqlı qərarlar veriblər. Doğru olsunlar, canımızı alsınlar. Bizə haqsızlıq etməsinlər".
saytlarin hazirlanmasi