"İkinci hissə üzərimizdə qorxu var idi"
"Xəzər TV"-də yayımlanan "Futbol saatı" proqramında millimizin kapitanı Rəşad Sadıqov maraqlı fikirlərlə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bizdə futbol ictimaiyyətinin fikri hələ də püxtələşməyib. Oyundan sonra deyirlər ki, niyə milli istənilən oyunu göstərmədi. Nəzərə alaq ki, Namiq Ələsgərov ilk dəfə idi, millidə oynayırdı. Əfran İsmayılov və Vüqar Nadirov fərqli mövqelərdə oynayırdılar. Bilirdik ki, üzərimizdə təzyiq var idi. şəxsən ikinci hissədə üzərimdə indiyə qədər olmayan stres var idi.
Deyirlər Maltanı udmalıydıq da, onda "Qarabağ" "İnter"lə oyunda niyə bizdən qələbə tələb edirsiniz, rəqib bizdən güclü idi. Norveç kimi güclü rəqiblə oyunda bizdən niyə xal gözləyirsiniz. İstəyir Mourinyo və Qvardiola gəlsin,1 həftəyə ideal komanda qura bilməzlər. Demirəm ki, tənqid etməyin. Elə olur ki, mən də tənqidlərdən nəticə çıxarıram, haqlı irada heç kim heç nə demir.
Deyirlər ki, Maltaya uduzsaq faciədi. Bu da oyun öncəsi bizdə stres yaradır. Bütün futbolçular oyundan öncə deyirdilər ki, udmasaq necə olar? İkinci hissə üzərimizdə qorxu var idi, xal itirsək necə olar? İnanın ki, həmin gün İtaliya ilə oynamaq daha rahat olardı".
saytlarin hazirlanmasi