"Böyükağa Hacıyevin fikirləri məni çox təəccübləndirir. Böyükağa Hacıyev bir cümlədə həm millini, həm də "Qarabağ"ı tənqid edir. Millidən danışırıqsa, "Qarabağ"ın buna nə dəxli var? Start heyətdə deyirlər bizim komandanın oyunçuları çoxluq təşkil edir. Yəqin ki, "Qarabağ"ın 6 futbolçusuna ona görə şans verdi ki, son oyunlarda Avroliqada "Qarabağ"ın nəticələri daha uğurlu alındı . Böyükağa Hacıyev Antalyada təlim məşq toplanışını izləmişdi və demişdi maraqlı məşqlər gedir. Hər komanda pas futbolu oynuyursa, bu "Qarabağ" futboludu? Prosineçki daha çox bizdən topa nəzarət etməyi və kombinasiyalı hücumlar qurmağı istəyirdi. Hətta Hacıyev bunun şahidi olmuşdu və açıqlamasında rəngarəng məşqlər keçirdi ifadəsini işlətmişdi".
Sadıqov "Qarabağ" haqda səslənən tənqidlərə cavab verib:
"İndiyə qədər biz nə hakimlik, nə də tənqidlər haqda danışmışıq. Amma bu dəfə danışacam. Gah deyirlər "Qarabağ" braziliyalılara görə yaxşı oyun göstərir, Avroliqa oyunlarında braziliyalılardan yalnız Riçard Almeyda var idi, meydanda 6, bəzən də 7 yerli futbolçu var idi. Ondan sonra söhbətlər kəsildi. heç vaxt yerli futbolçulardan danışılmır. Sonra dedilər fərdi ustalığa görə oynayır, sonra komanda oyunu göstərdik, yenə səs çıxmadı. İstər mütəxəssislər, istərsə də bizim ünvanımıza söylənən bəzi fikirlər mənə maraqlı deyil. Mənim üçün azarkeşlər önəmlidi, əgər 30 min azarkeş bizi alqışlayırsa, bundan böyük mükafat ola bilməz".
saytlarin hazirlanmasi