Cahangir Hacıyevin şirkəti bağlandı

13:26 - 31 Mart 2015

İflasa doğru?

 

"İnter"in prezidenti Cahangir Hacıyevin sahibi olduğu iddia edilən BOT MMC fəaliyyətini dayandırıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanda hərbi ayaqqabıların istehsalçısı olan BOT MMC fəaliyyətini müvəqqəti dayandırdığı barədə şirkətin baş mühəndisi Mahmud Babayev məlumat verib. O, bildirib ki, şirkətin fəaliyyətini dayandırması sifarişin olmaması ilə bağlıdır.

 

“Dövlət Sərhəd Qoşunlarının keçirdiyi tenderin qalibi olduq və onlar üçün ayaqqabılar hazırladıq. Bundan sonra sifariş verən olmayıb. İndi tender gözləyirik. Əgər olarsa iştirak edəcəyik. Qalib olsaq yenidən fəaliyyət göstərəcəyik. Bu gün isə faəliyyətimizi dayandırmışıq. Müdafiə Nazirliyi tender keçirsəydi iştirak edərdik. 15 il bizim fabrik Müdafiə Nazirliyi üçün ayaqqabı tikib”. 

 

Onun sözlərinə görə, şirkətin 300-ə yaxın əməkdaşı işsiz qalıb.

 

Qeyd edək ki, BOT MMC Azərbaycan Respublikasının güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub. (Azvision.az)

Xəbər xətti