"Neftçi" indiyə qədər hansı janrda oynayırdı, açığı anlamaq mümkün deyildi"
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev bu gün "Neftçi"nin Müşahidə Şurasının sədri seçilib.
Sportal.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bu barədə maraqlı açıqlama paylaşıb:
"Dünən bir status yazmışdım. Xəbər təsdiqlənmədiyinə görə saxladım. Artıq məlum oldu ki, hörmətli yazıçımız Çingiz Abdullayev "Neftçi" futbol klubunun rəhbəri seçilib. Maraqlı bir seçimdir. "Neftçi" indiyə qədər hansı janrda oynayırdı, açığı anlamaq mümkün deyildi. Nə roman kimi roman, nə nağıl kimi nağıl janrında oynayırdılar. Daha çox faciə janrına uyğun gəlirdi. İndi müsbət tərəfi budur ki, bu komandanın oyun janrı artıq bəlli olacaq. Çingiz bəy komandanı dedektiv janrında oynatsa, o zaman xeyli sürprizlərə hazır olmalıyıq. Çünki ədəbiyyatda ancaq dedektiv janrı ilə dünyaya çıxa bildiyimiz kimi, futbolda da ancaq bu janrda nə isə edə bilərik. Bütün hallarda savadlı və dünyagörmüş adamların kənar sahələrdən olsa belə, bu postlara gətirilməsinin məncə faydası ola bilər. Çingiz Abdullayevə uğurlar arzulayıram".
saytlarin hazirlanmasi