"Mənim şəxsi fikrim budur ki , birinci növbədə oyunların vaxtı dəyişməlidir"
“Parni iz Baku” komandası əsrin çempionu olub. Bunun üçün bizə on il vaxt lazım oldu. Mən həmişə KVN-i futbolla müqayisə edirəm. Bu gün Bəhram Bağırzadə Müşahidə Şurasının üzvüdürsə, mən demirəm on il, amma bir-iki il vaxt lazımdır ki, azarkeşləri stadiona cəlb edək”.
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə deyib.
"Neftçi" - "Bakı" matçının fasiləsində jurnalistlərin suallarını cavablandıran tanınmış aktyor bir daha azarkeşləri stadiona gətirməyin yollarını bildiyini qeyd edib. O, ilk növbədə oyunlarının vaxtının dəyişdirilməli olduğunu bildirib: “Yalandan demək olmaz ki, sabahdan stadion tam şəkildə dolacaq və yaxud “Neftçi” hansısa bir Avropa kubokunu qazanacaq. Mənim şəxsi fikrim budur ki , birinci növbədə oyunların vaxtı dəyişməlidir. Üçüncü gün saat 17:00 da futbol olmamalıdır. Bir çox futbol azarkeşi həmin vaxt işdə olur. Məsələn, müəllim var ki, futbol azarkeşidir. Amma həmin vaxtı məktəbdə olur və futbola gələ bilmir. İndi iş vaxtıdır. Bu vaxt heç bir vətəndaş işini qoyub gələ bilməz. Necə ki, İspaniyada , İngiltərədə oyunlar həftə sonu keçirilir, bizdə də elə olmalıdır. Həftə sonu insanlar öz ailələri ilə gəlsinlər. Nəinki futbola baxmaq, ümumiyyətlə istirahət eləsinlər. Biz doğrudan da Avropa standartlarına uyğun yaşamaq istəyiriksə, dediklərimi tətbiq etmək lazımdır. Vaxtı dəyişdikdən sonra mən bilirəm insanları stadiona necə cəlb etmək olar. Ancaq mən Kopperfild də olsam, bunu bacara bilmərəm ki, həftəiçi "Bakcell Arena"ya 12 min azarkeş gəlsin".
Bağırzadə tezliklə stadiona 3-4 min azarkeş cəlb etməyin mümkün olduğunu vurğulayıb: “Bunun yollarını deyə bilmərəm. Başqa klublar bizim fikirlərimizi bilib, tətbiq edəcəklər. Biz “Neftçi”nin azərkeşlərinin çoxalmasını istəyirik. İnanın mənə, 12 min olmasa da ilk mərhələdə 3-4 min azərkeş yığmaq olar. Hər şey mümkündür, sadəcə olaraq işləmək lazımdır. KVN-nin gücü onda idi ki, 20 nəfərin hamısı eyni düşünürdü . Əgər mənim də ətrafımda elə insanlar, azərkeşlər olsa hər şey daha yaxşı ola bilər”.
saytlarin hazirlanmasi