"Mənə heç kim bununla bağlı bir söz deməyib"
"Neftçi"nin hücumçusu Nikolas Kanales "Bakı" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edirik:
- "Bakı" ilə çempionat oyununda inamlı qələbə qazandınız. Təəssüratlarınızı bilmək istərdik...
- Çətin oyun oldu. Bilirdik ki, "Bakı" gənclərdən qurulmuş komandadır. Son saniyələrə qədər rəqib futbolçular meydanda qaçırdılar, nəsə etməyə çalışırdılar. "Bakı" simpatiya bəsləniləsi komandadır.
- Amma kənardan görünən o idi ki, asan qələbə qazandınız...
- Xeyr, elə deyil. Ümumiyyətlə, bizim bu mövsüm asan oyunumuz olmayıb. Bu görüşün ilk dəqiqələri də bizim üçün qətiyyən alınmadı. "Bakı" daha çox pressinq tətbiq edirdi. Bizə yalnız hesabı açdıqdan sonra asan oldu.
- Oyunda hesabı məhz siz açdınız...
- Araz Abdullayevin zərbəsinin pis alındığını gördüm. Top üstümə gəldi və qapıya zərbə vurmaq qərarına gəldim. Uğurlu alındı.
- "Neftçi" hazırda çempionatda nə üçün mübarizə aparır?
- Biz ikinci yer uğrunda mübarizə aparırıq. Avropa Liqasına vəsiqə qazanmaq üçün ikinci yeri tutmağımız lazımdır. Əlbəttə, hələ kubok da var. Titul qazanmaq baxımından isə yeganə variantımız məhz kubokun qalibi olmaqdır.
- "Neftçi"də maliyyə problemlərinin olduğu bildirilir...
- Maliyyə problemləri "Parma"da var. Orada futbolçular artıq səkkiz aydır maaşlarını almırlar. Bütün bunlar təsir edir. Biz peşəkar futbolçularıq və öz işimizi görməliyik.
- Mövsümün sonunda "Neftçi"lə müqaviləniz başa çatır, komandada qalacaqsınız?
- Hələ bilmirəm.
- Sizə yeni müqavilə təklif olunmayıb?
- Xeyr. Mənə heç kim bununla bağlı bir söz deməyib.
saytlarin hazirlanmasi