Cahangir Hacıyevin yerinə yeni sədr

12:07 - 2 Aprel 2015

Boş qalmış posta...

 

"İnter"in sahibi Cahangir Hacıyevin istefasından sonra boş qalmış Beynəlxalq Bankın sədri postuna "Pasha Bank"ın sədri Fərid Axundov təyin edilib.

 

Sportal.az xəbər verir ki, məlumat üçün bildirək ki, Fərid Axundov 23 may, 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin planlaşdırılması fakültəsində alıb.1993-cu ildə Nottingem Trent Universitetinin (Bakı) menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin biznesin administrasiyası fakültəsini bitirib.

 

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında maliyyə nəzarəti şöbəsinin meneceri, müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

 

10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.

 

07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin direktoru vəzifəsində çalışıb.

 

30.06.2007-ci il tarixdən isə "Pasha Bank" ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib.

 

"Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "Pasha Bank"ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.

Xəbər xətti