Kaxaber Tsxadadze: "Heç-heçə ədalətli nəticədir"

20:21 - 2 Aprel 2015

"Bu tip görüşlərdə 1 qol həlledici olur"

 

Premyer Liqanın XXVII turuna “Bakcell Arena”da yekun vuruldu. Liderlərin – “Qarabağ”la “İnter”in görüşündə hesab açılmadı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze bunları qeyd edib:

 

"Oyun gərgin keçdi. Bu tip görüşlərdə 1 qol həlledici olur. Əsasən də, hər iki komanda müdafiədə diqqətli oynayır. Hesab edirəm ki, komandalar müdafiədə diqqətli olub, rəqibin səhvindən yararlanmağa çalışırlar. Qol olmasa da, keyfiyyətli oyun alındı. Yarımqol vəziyyətləri yaratdıq.  Heç-heçə isə ədalətli nəticədir. Düşünürəm ki, bu oyunu unutmalı və “Xəzər Lənkəran”la vacib qarşılaşmaya hazırlaşmalıyıq”.

Xəbər xətti